108 yaşlı baba səs verdi...

09 2020 16:12

121 saylı seçki dairəsinin 48 saylı məntəqəsində qeydiyyatda olan Laçın rayon Hətəmlər kənd sakini 108 yaşlı Şahverdi Əhmədov da səsvermədə iştirak edib. Ahıl seçicinin evinə daşınan qutu gətirilib. Seçki məntəqəsində də səsvermə prosesi şəffaf şəkildə həyata keçirilir. Ölkə üzrə ümumilikdə 5 329 460 seçici səsvermə hüququndan istifadə edəcəyi gözlənilir.