Şaxtalı hava seçki prosesinə təsir edirmi?

09 2020 13:46
Fevralın 8-dən başlayaraq ölkədə hava şəraiti kəskin dəyişib. Gecə saatlarından bir çox ərazilərə qar yağmağa başlayıb və əksər ərazilərdə qarın yağması hazırda da davam edir. Bəs, şaxtalı hava seçki prosesinə təsir edirmi? Şimal-qərb bölgəsində vəziyyəti araşdırmışıq.
Şimal-qərb bölgəsinə güclü qar yağıb, yollar buz bağlayıb. Bölgədə havanın temperaturu mənfi 4 dərəcədən mənfi 12 dərəcəyə qədər dəyişir. Qarın qalınlığı mərkəz hissələrdə 20 sm, dağ kəndlərində isə 40 sm-dən yuxarıdır. Şaxtalı hava şəraiti səbəbindən bir çox yollar buz bağlayıb, avtomobillərin gediş-gəlişində problem yaranıb. Lakin hava şəraitinə baxmayaraq sakinlər səsvermə hüququndan istifadə etməyə tələsir. Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bölgədə elektrik enerjisinin və təbii qazın verilməsində problem yoxdur. Yollarda qarın təmizlənməsi istiqamətində işlər aparılır.