Şamaxının ucqar dağ kəndi Avaxılda səsvermə prosesi davam edir...

09 2020 13:03

Şamaxının ucqar dağ kəndi, ən qədim yaşayış məskənlərindən olan Avaxılda da seçki prosesi davam edir. Kənddə 85 saylı Şamaxı seçki dairəsinin 49 saylı məntəqəsi fəaliyyət göstərir. Bütün seçkilərdə fəallıq göstərən Avaxıl kənd sakinləri bu gün də aktivlik nümayiş etdirir. Qarın hündürlüyünün 40 sm-dən çox olduğu ərazidə vətəndaşlar istədikləri namizədə səs vermək üçün səhər saatlarından etibarən məntəqəyə üz tutur. 372 seçicinin siyahıya alındığı kənddə ən yaşlı seçicinin isə 90 yaşı var. Özünü gümrah hiss edən kəndin qocaman sakini Fərzixan Soltanov daşınan qutunun evə gətirilməsinə ehtiyac olmadığını bildirərək özü məntəqəyə üz tutub. Məntəqədə seçicilərin rahat və şəffaf şəkildə səsverməsi üçün bütün lazımi şərait yaradılıb. Xatırladaq ki, 85 saylı Şamaxı seçki dairəsi üzrə 63 məntəqə fəaliyyət göstərir. Bu məntəqələrin 11-i şəhər, 52-si kənd ərazisində yerləşir.