Zaqatala və Balakən bölgəsində seçki...

09 2020 12:32
Zaqatala və Balakən rayonlarını əhatə edən 109 saylı Balakən, 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən DSK-nın da hər bir məntəqəsində səsvermə prosesinə saat 8:00-da start verilib. Hazırda hər üç dairə üzrə seçici fəallığı müşahidə olunur. 111 saylı Zaqatala-Balakən DSK-nın Zaqatala şəhərində yerləşən 10 saylı məntəqəsində 1112 nəfər seçici səsvermə hüququna malikdir. Məntəqədə seçki prosesini 20 nəfərə yaxın yerli müşahidəçi izləyir. Hava şəraitinə baxmayaraq seçkinin elə ilk saatlarından etibarən aktivlik müşahidə olunur. 110 saylı DSK-nın Yuxarı Tala kəndində yerləşən 13 saylı məntəqəsində də seçicilər məntəqəyə gələrək öz seçim hüquqlarından istifadə edir. 1373 seçicinin qeydə alındığı məntəqədə seçki prosesini 20 yerli müşahidəçi izləyir. Məntəqədə exitpoll da yaradılıb. Vətəndaşların sərbəst şəkildə səs vermələri üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, məntəqələr zəruri avadanlıq və texniki vasitələrlə, həmçinin etibarlı rabitə sistemi və elektrik generatorları ilə təchiz olunub. Zaqatala-Balakən bölgəsi üzrə ümumilikdə 139 132 seçicinin səs verəcəyi gözlənilir.