Şəkidə seçki prosesi...

09 2020 11:39
Ölkənin hər yerində olduğu kimi Şəkidə də saat 08.00-da səsverməyə start verilib. Qarlı, şaxtalı hava şəraitinə baxmayaraq seçici aktivliyi müşahidə olunur.
Şəkidə Milli Məclisə seçkilərdə ilk saatlardan seciçi fəallığı müşahidə olunur. Seçicilər yaşadıqları ərazi üzrə məntəqlərə gələrək, səsvermə hüququndan istifadə edirlər. Məntəqə sədrləri də qarlı hava şəraitinə baxmayaraq seçicilərin məntəqələrə axın etdikləri bildirilir. Həmçinin yerli və xarici müşahidəçilər də məntəqələrdə seçkinin gedişatı ilə tanış olur. ATƏT-in müşahidəçiləri də Şəkidə seçki prosesini izləyir. Ümumilikdə seçkilərdə Şəki üzrə 113 876 seçicinin səs verəcəyi gözlənilir.