Vyetnamlı müşahidəçilər Şəkini gəzdilər...

08 2020 16:01

Azərbaycanda 9 fevrala təyin edilmiş Milli Məclisə seçkilərlə bağlı ölkəyə bir çox xarici dövlətdən müşahidəçilər gəlib. Seçkilərə müşahidəçi göndərən ölkələrdən biri də Vyetnamdı. Vyetnamdan gələn müşahidəçilər Şəkiyədə seçki öncəsi səfər ediblər. Vyetnam Sosialist Resoublikası Milli Assambleyasının deputatı, Vyetnam Elm və Texnalogiya Birliyinin vitse prezidenti, həmçinin Vyetnam-Azərbaycan dostluq Assosiasiyasının sədri Nghien Vu Khai və Vyetnam İctimai Elmlər Akademiyası, Avropa Araşdırmaları İnstitutunun Rusiya və Müstəqil Dövlətlər birliyinin üzv ölkələri üzrə araşdırmalar mərkəzinin direktoru Vu Thuy Trang Şəkidəki seçki məntəqələrini ziyarət edib və burada yaradılmış şəraitlə tanış olublar. Həmçinin qonaqlar Şəkinin tarixi məkanlarını da gəziblər. Qonaqlar Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunda Şəki Xan sarayı ilə yaxından tanış olublar. Xan sarayını gəzən müşahidəçilərə tarixi abidə barədə ətraflı məlumat verilib. Sarayın bütün zalları ilə yaxından maraqlanan müşahidəçilər buranın memarlığına heyran olublar.