Şəkidə avtomobil yolu keçən piyadanı vurdu...

08 2020 13:36

Şəkidə piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Hadisə Məmməd Əmin Rəsulzadə küçəsində meydana gəlib. Şəki sakini Elxan Məhərrəmov 99 NM 333 dövlət nömrə nişanlı Audi markalı avtomobili ilə hərəkət edərkən Şəki sakini 72 yaşlı Nazim Cəfərovu vurub. Yaralı təcili yardımla Şəki RMX-na çatdırılıb. Şəki RMX-dan Nazim Cəfərovun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib. Faktla bağlı araşdırma aparılır.