Balakən polisindən növbəti əməliyyat, narkotikə görə saxlanılanlar var...

07 2020 13:46
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul şəxslər saxlanılıb. Saxlanılanlardan ikisi Gəncə şəhər sakinləridir. Balakən polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini 27 yaşlı Anar Qarayev saxlanılıb. Anar Qarayevin yaşadığı evə baxış keçirilən zaman kiçik ölçülü sellofan torbada psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb. Ona həmin psixotrop maddəni satan şəxslərin Gəncə şəhər sakinləri 29 yaşlı Natiq Cəfərov və 30 yaşlı Fuad Əmiraslanov olduğu müəyyən edilib. Onlar da şübhəli şəxs qismində saxlanılaraq Balakən rayon Polis Şöbəsinə gətiriliblər. Natiq Cəfərov və Fuad Əmiraslanovun metamfetamini 500 manata Anar Qarayevə satdıqları, ondan isə 60 manata narkotik vasitə olan heroin aldıqları məlum olub. Keçirilmiş daha bir əməliyyat-axtarış zamanı isə rayonun Gərəkli kənd sakini Rövşən Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.