Canavarlar kəndə hücum çəkdi...

06 2020 15:09

Canavarlar bu dəfə Zaqatala şəhərinin ən yaxın kəndi olan Çökəkoba kəndinə girərək, qoyunlara hücum edib. Gecə saatlarında kənd sakini Yaqub Kəmlayevin yaşadığı evin həyətyanı sahəsinə soxulan canavar mal tövləsinə girərək 8 baş xırdabuynuzlu heyvanı öldürüb, daha 3 başa isə xəsarət yetirib. Hadisə ilə bağlı ərazinin baytarlıq məntəqəsindən bildirilib ki, canavarın öldürdüyü heyvanlar baytarlıq təlimatına uyğun basdırılıb. Yaqub Kəmlayevin təssərrüfatı və heyvanların basdırıldığı ərazi dezinfeksiya edilib. Qeyd edək ki, son iki ayda rayon ərazisində vəhşi heyvanların şəxsi təsərrüfatlara hücumu və quduzlaşmış yırtıcıların çöl sahələrində iri və xırdabuynuzlu heyvanlara xəsarət yetirməsi səbəbindən 10 başdan yuxarı heyvan ölüb. Bunu nəzərə alan Aqrar Xidmətlər Agentliyi risk zonası sayılan şimal-qərb bölgəsində Azərbaycanda ilk dəfə vəhşi təbiətdə yaşayan heyvanların quduzluq xəstəliyinə qarşı peyvəndlənməsinə başlayıb.