17 yaşlı gəncin səhvi faciəsi oldu...

06 2020 13:52

Qəbələdə 17 yaşlı gənc yol qəzasının qurbanı olub. Hadisə Qaraməryəm - İsmayıllı - Şəki avtomobil yolunun Qəbələ rayonunun Bunud kəndindən keçən hissəsində baş verib. Vəndəm kənd sakini, 17 yaşlı Ramin Lətifov "Nissan Sunny" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpıb. Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Vəndam qəsəbə sakini, 19 yaşlı Şəhriyar Xəlilov müxtəlif bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.