Azərbaycanda ilk - Vəhşi heyvanlar peyvənd edilir...

05 2020 16:24

Vəhşi heyvanların yaxın kəndlərə hücum etməsi son dövrlərdə böyük narahatlıq yaradır. Xüsusilə də, həmin heyvan quduzdursa vurduğu ziyan daha çox olur. Bu cür halların qarşısını almaq və quduzluq xəstəliyinin yayılmasını kəsmək üçün Aqrar Xidmətlər Agentliyi təhlükənin daha yüksək olduğu ərazilərdə tədbir görməyə başlayıb. Azərbaycanda ilk dəfə vəhşi təbiətdə yaşayan heyvanların quduzluq xəstəliyinə qarşı peyvəndlənməsinə başlanılıb. Prosesə xəstəliyin risk zonası sayılan şimal-qərb bölgəsindən başlanılıb. Balıqdan hazırlanan aldadıcı yemlərin içərisinə xüsusi kapsullar yerləşdirilib. Vəhşi heyvanlar yemi yeyərkən içindəki maye onların qanına keçəcək. Bütün heyvanların yemləri yeyəcəklərinə zəmanət olmasa da görülən tədbirlərin müsbət nəticə verəcəyi gözlənilir. Peyvəndləmənin keyfiyyəti isə xüsusi üsullarla yoxlanacaq.