Transformatorun üstünə çıxan uşaq yandı...

05 2020 15:58

Zaqatalada yüksək gərginlikli elektrik transfarmatorunun üstünə çıxan 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb. Hadisə rayonun Çobankol kəndində baş verib. Kənd sakini, Emin Əmrahov evlərinin yaxınlığında əkin üçün istifadə etdikləri sahədə yerləşən elektrik transfarmatorunun üstünə çıxaraq yüksək gərginlikli elektrik naqilinə toxunub. Nəticədə Emin Əmrahov sol yuxarı ətrafın ağır yanıq xəsarəti alıb. Yaxınlıqda əkin işləri ilə məşğul olan babası tərəfindən xilas edilən uşaq təcili Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Burada xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzinə göndərilib.