Şəkidə “Azercell”in maşınına hücum edib 20 min manat apardılar...

04 2020 19:08

Hadisə Cəfərabad kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, şirkətə məxsus, Rasim Muxtarzadənin idarə etdiyi “Ford” markalı avtomobilin qarşısı “VAZ 2106” markalı maşınla kəsilib. “VAZ 2106”dan düşən naməlum şəxslər “Ford”da olan sürücü və sərnişin - “Azercell”in Şəkidə diler mağazasının müdiri Cəlal Kərimova xəsarət yetirərək onun üzərində olan şirkətə məxsus 20 min manat pulu aparıblar. Faktla bağlı Şəki şəhər rayon polis şöbəsinə müraciət edilib. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.