Şamaxıda güclü külək evlərin damını uçurdu...

04 2020 17:42
Şamaxıda ötən gün axşam saatlarından başlayan güclü külək bir sıra fəsadlar törədib. Evlərin dam örtüyünə, naqillərə ziyan dəyib.
Şamaxıda güclü külək fəsadlara səbəb olub. Bir binanın və bir neçə fərdi evin dam örtüyü yararsız vəziyyətə düşüb. Beşmərtəbəli binanın dam örtüyü uçaraq avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Telefon elektirik naqilləri qırılıb, ətraf ərazilərə elektirik enerjisinin verilişində fasilələr yaranıb. FHN-nin Xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub. Fəsadlar aradan qaldırılıb. Təkrar yaşana biləcək təhlükə nəzərə alınaraq aidiyyatı qurumlar təhülükəsizlik tədbirləri görüb. Küləyin rayona vurduğu ziyanın miqyası araşdırılır.