Şamaxıda epizootik tədbirlər davam etdirilir...

04 2020 17:11

Rayonda heyvanlar arasında yayıla biləcək xəstəliklərin qarşısını almaq üçün vaksinasiya aparılır. Bu günə kimi 21 000 min baş iribuynuzlu, 950 baş təkdırnaqlı heyvan qara yara xəstəliyinə qarşı, 2950 sahibli itdə isə, quduzluq xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. 35 kənd və qəsəbədə aparılan bu işlər 15 sahə baytarlıq məntəqəsinin baytarları tərəfindən həyata keçrilir. Peyvəndlənmə zamanı vətəndaşlara maarifləndirici məlumatlar verilib, bildirişlər paylanılıb. Heyvan sahiblərinə peyvəndlənmə aparılan heyvanların ətindən 14 gün ərzində istifadə olunmaması ilə bağlı xəbərdarlıq edilib. Proses fevral ayının axırına qədər davam etdiriləcək.