Şamaxıda qətl: Avropa çempionu öldürüldü...

01 2020 15:04

Şamaxı rayonunda idmançılar arasında baş verən dava qanla nəticələnib. Hadisə Şamaxı şəhərinin "Yeddi Günbəz" qəbirstanlığında qeydə alınıb. Şamaxı şəhər sakini, 29 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə zəminində mətbəx bıçağı ilə həmyerlisi, 26 yaşlı Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq xəsarəti alan Ruslan Surxayev ölüb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Orxan Hacıyev şübhəli şəxs qismində saxlanılb. Qeyd edək ki, Orxan Hacıyev Şamaxı Hümanitar Kollecinin "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixdə Bakıda keçirilən Budo Dünya Kuboku çempiuonatında ikinci yeri tutub.Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub.