Qəbələ bazarında yanğın!

31 2020 17:38

Qəbələdə bazarda yanğın baş verib. Hadisə günorta saatlarında qeydə alınıb. Əraziyə FHN-in yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində ticarət mərkəzinin ərazisində ümumi sahəsi 17 m² olan ayaqqabı mağazasının yanar konstruksiyaları və içərisindəki mallar yanıb. Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.