İsmayıllıda əmək yarmarkası keçirilib...

30 2020 16:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti İsmayıllıda işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirib. Əmək yarmarkasında 53 müəssisədən 278 vakant iş yeri təqdim edilib. Təqdim olunmuş boş iş yerlərindən 83-ü qulluqçu, 179-ü fəhlə, 16-sı isə xidmət sahələri üzrə olub. 72 nəfər işaxtaran və işsiz vətəndaşa vakant iş yerlərinə göndərişlər verilib. 45 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.