Kor Eyvazı öldürən şəxs saxlanılıb...

30 2020 12:40

Şəkidə qətl hadisəsi qeydə alınıb. Rayon Prokurorluğundan verilən məlumata görə, yanvarın 29-u saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 44 yaşlı, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub. Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 27 yaşlı Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Orxan Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Şəki RMX-dan verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Orxan Yusifli ötən gün axşam saatlarında xəstəxanaya sol və sağ əlində kəsilmiş yara ilə müraciət edib. O, əlini şüşə ilə ehtiyatsız davrandığına görə kəsdiyini deyib.