Qaxda mikroavtobusla minik avtomobili toqquşub, ölən var...

29 2020 18:48

Qax rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Balakən rayon sakini, 42 yaşlı İlham Kərimovun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla Qax rayonu Əmbərçay kənd sakini Namiq Hətəmov un idarə etdiyi VAZ 2106 markalı avtomobil toqquşub. Nəticədə minik maşınının sürücüsü, Namiq Hətəmov hadisə yerində ölüb. Mikroavtobusda olan 8 sərnişindən heç biri xəsarət almayıb. Qəza nəticəsində beton elektrik dirəyi qırılaraq aşıb. Yaxınlıqda olan Əmbərçay kəndinə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda elektrik enerjisinin bərpası üçün işlər aparılır. Məlumata görə, mikroavtobus Balakəndən Bakıya hərəkət edirmiş. Qəza nəticəsində yolda qalan sərnişinlər digər mikroavtobusla Bakıya yola salınıblar. Faktla bağlı araşdırma aparılır.