Balakəndə yeniyetmə yol qəzasının qurbanı oldu...

29 2020 13:01

Balakəndə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mersedes”markalı avtomobil yolu keçmək istəyən 15 yaşlı Sübhan Zahir oğlu Əfəndiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yeniyetmə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.