Maşın təmiri sexi içindəki avtomobillə birgə yandı...

29 2020 12:25

Balakəndə maşın təmiri sexi yanıb. Rayonun Katex kənd sakini Fərrux Piriyevə məxsus, ümumi sahəsi 80 kv/m olan maşın təmiri sexində baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən və Zaqatala rayonlarının dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində sexin yanar konstruksiyaları və təmirə gətirilmiş Ramin Davudova məxsus "Mercedes" markalı minik avtomobili yanıb. Yanğının genişlənərək yaxındakı tikililərə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.