Şamaxıda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi açılıb...

28 2020 17:19

Gənclərin İnkişaf və Karyera Mərkəzinin növbəti nümayəndəliyi Şamaxı rayonunda yerləşən Heydər Əliyev mərkəzində fəaliyyətə başlayıb. Açılış tədbirində çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar. Bildirilib ki, yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Diqqətə çatdırılıb ki, dövlət başçısının verdiyi göstərişlərə uyğun olaraq, artıq iyirmiyədək şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ayda isə ölkənin bütün şəhər və rayonlarında nümayəndəliklər yaradılacaq. Sonra tədbirin iştirakçılarının Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeyə ekskursiyası təşkil olunub, onlara mərkəzlərdə yaradılan şərait barədə ətraflı məlumat verilib. Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. Region gəncləri, həmçinin “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.