Zaqatalada heyvanlar quduzluqdan ölüb...

28 2020 11:53
Zaqatalada iri və xırdabuynuzlu heyvanların quduzluqdan ölməsi faktı çoxalıb. Heyvan sahibləri yaranan vəziyyətdən narahatdır. Onları digər narahat eden məqamsa vəhşi heyvan hücumlarının artmasıdır.
Zaqatalada son iki ay ərzində bir neçə iribuynuzlu heyvan quduzluq xəstəliyindən tələf olub. Ölüm faktları rayonun Danaçı, Makov və Höytala kəndlərində qeydə alınıb. Kənd baytarlıq məntəqələri ölən heyvanlar baytarlıq təlimatına uyğun olaraq basdırıb və şəxsi təsərrüfatlar dezinfeksiya edilib. Ölən heyvanların quduzluq xəstəliyinə meşədə yırtıcı heyvanların hücumuna məruz qalması nəticəsində yoluxduğu ehtimal edilir. Sakinlərin sözlərinə görə, xüsusilə də son illər kütləvi artan çaqqallar gecə və eləcə də gündüz saatlarında yaşayış məntəqələrində tez-tez görünməyə başlayıb. Rayon baytarlıq idarəsi hazırda vəziyyəti nəzarətdə saxlayır. Quduzluğa qarşı tədbirlər gücləndirilib.