Şamaxıda “El havası” çalındı...

27 2020 17:43

Gənclər və İdman Nazirliyi “El havası” adlı yeni əyləncəli musiqi layihəyə start verib. İlk olaraq ötən il Gəncə-Qazax iqtisadi rayonu üzrə start götürən layihənin bu dəfəki seçim turu Şamaxı rayonunda keçirilib. Şamaxı şəhərində yerləşən İncəsənət Təhsili Mərkəzində Ağsu, Ağdaş, Qobustan, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Zərdab və Şamaxı rayonlarından olan gənclər seçim turunda aktiv iştirak ediblər. Əsasən region gənclərini əhatə edən yarışmanın əsas məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, həmçinin qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdən ibarətdir. Yarışma rəqs, solo ifa, musiqi alətində ifa nominasiyaları üzrə keçirilib. Regionlarda qalib gələnləri Bakıda təşkil olunacaq möhtəşəm konsertdi maraqlı sürprizlər gözləyir.