“Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları şimal-qərbdə...

27 2020 16:02

"Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfəri davam etdirir. Səfərin məqsədi müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanları məhdud olan şəxslər üçün qeydiyyatdan keçməyə şərait yaratmaqdır. Şimal-qərb bölgəsi üzrə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarına səfər zamanı qeydiyyat prosesi aparılıb. Müsabiqənin qeydiyyat mərhələsinə fevralın 2-də yekun vurulacaq. Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezidentin sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.