Bölgələrdə təhlükəli virus...

23 2020 17:23
Son günlər virus infeksiyası ilə bağlı yayılan xəbərlər gündəmi zəbt edib. Vəziyyət o hal alıb ki, yanından yel ötən təşvişə düşür, həkimə müraciət edir. Ölkənin şimal-qərb bölgəsində isə insanlar daha çox narahatlıq yaşayır. Səbəbi Balakəndə məktəblinin, Şəkidə isə iki uşaq anasının soyuqdəymədən ölməsi və ən əsası bir addımlıqda yerləşən Gürcüstanda təhlükəli qrip növünün aşkarlanmasıdır. Son günlərdə ölkə ərazisində qripə yoluxanların sayı durmadan artır. Çində yayılan koronavirus, eləcə də qonşu Gürcüstanda H1N1 virusundan ölənlərin olması insanların təbii narahatlığına səbəb olub. Şimal-qərb bölgəsində iki nəfərin soyuqdəymədən dünyasını dəyişməsi bu təşvişi daha da artırıb. Havaların normadan isti keçməsi də xəstəliklərin yayılması üçün münbit şərait yaradır. Nəticədə yoluxucu viruslar insandan insana tez keçir və daha geniş kütlələrə yoluxur. Xüsusən də balacalara xəstəlik daha tez təsir edir. Əlbəttə ölkə ərazisində ölümcül qrip barədə təsdiq edilmiş heç bir fakt yoxdur. "Narahatçılığa isə əsas var" - Bu sözləri respublikanın baş infeksionisti Cəlal İsayev deyir. Onun sözlərinə görə, istənilən virus infeksiyalı xəstəlik ölümə səbəb ola biləcəyini deyir.