Zaqatalada bu idman növlərinə maraq artıb...

23 2020 16:39

Son illər Zaqatalada sərbəst güləş, taekvando və boksla yanaşı, Budo və Qreplinq idman növlərinə də maraq nəzərəçarpaçaq dərəcədə artıb. Tanınmış idmançı Nadir Qurbanovun yetirmələri dünya kubokunda hər iki idman növü üzrə qələbə qazanıblar. Budo idman növləri üzrə keçirilən Dünya kubokunda 10-11 və 11-13 yaş qrupları üzrə Əlixan Heydərov və Renat Şabanov 1-ci yerə, Sərvət Bayramov isə 3-cü yerə layiq görülüb. Qreplinq idman növü üzrə keçirilən Dünya kubokunda isə 16-18 yaş qrupunda - 70 kq çəki dərəcəsində İlham Mollayev, 14-16 yaş qrupunda- 66 kq çəki dərəcəsində isə Yaşar Qarayev 1-ci yerlərə layiq görülüblər.