Jan Klod Van Damm və Stiv Cobs Vəndamda...

21 2020 16:36
Qəbələdə məşhur aktyor Jan Klod Van Dammın abidəsi tamamlanma işlərindən sonra bütün dünya Vandam sevərlərini qarşılamaq üçün qəsəbənin girişinə qoyulub. Hollywood aktyoruna Vəndamda abidə ucaldılması bölgənin "turizm potensialına dəstək" kimi qiymətləndirilir.
Qəbələnin Vəndam qəsəbəsində tanınmış aktyor Jan Klod Van Damma qoyulan heykəl artıq nümayiş olunur. Qəsəbənin girişində Qəbələ istehsalı olan məhsulların satış-sərgi mərkəzində qoyulan heykəl bir çoxlarının marağına səbəb olub. Heykəl sosial şəbəkələrin müzakirə mövzusu çevrilməklə qalmayıb, Van Dammın da diqqətini cəlb edib. O öz şəxsi hesabında heykəli paylaşıb və hətta Azərbaycana təşəkkür edib. Abidənin müəllifi heykəltəraş Azad Əliyevdir. Heykəlin məhz Qəbələdə qoyulması səbəbinə gəlincə... Van Damm bu ərazidə heykəli qoyulan yeganə məşhur deyil. Stiv Cobs da Vəndama "gəlib". Qeyd edək ki, Belçika əsilli amerikalı aktyor, rejissor, ssenarist və idmançı Jan Klod Van Dammın bu il 60 illik yubileyi qeyd olunacaq. Və onun Qəbələyə səfəri nəzərdə tutulub.