Şəkidə iki uşaq anası soyuqdəymədən öldü?

20 2020 17:22

Şəkidə iki uşaq anası dünyasını dəyişib. Məlumata görə, rayonun İnçə kənd sakini, 27 yaşlı Xəyalə İsayeva axşam saat 21:00 radələrində yaşadığı evdən Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən keçinib. Yaxınları Xəyalə İsayevada son üç gündə yüksək hərarətlə müşahidə olunan soyuqdəymə qeydə alındığını bildirib. Axşam saatlarında səhhətinin ağırlaşdığını görən ailə üzvləri onu Şəki RMX-yə aparmaq qərarına gəliblər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi-TƏBİB-dən verilən məlumata görə, xəstəxananın təcili yardım şöbəsinə çatdırılan Xəyalə İsayevanın nəbzi vurmayıb. Xəstəxanada göstərilən tədbirlər də heç bir nəticə verməyib. Qadının ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün onun meyiti məhkəmə tibb ekspertizasına təhvil verilib.