MSK Şəkidə regional seminar keçirib...

20 2020 15:57

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə Şəkidə növbəti regional seminar keçirilib. Seminara MSK-nın üzvləri, şimal-qərb bölgəsində, ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsindən təmsilçilər qatılıb. Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar MSK tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. Seçki qanunvericiliyi, seçki hüquqlarının pozulması ilə bağlı şikayətlərin verilməsi, şikayət vermək hüququna malik subyektlər, vətəndaşlar tərəfindən təqdim edilən şikayətlərin forması və məzmunu və digər məsələlər barədə ətraflı izahat verilib. Tədbirin praktiki hissəsində kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilib, seçki komissiyaları tərəfindən həmin şikayətlərə dair müvafiq qərarların qəbul edilməsi məsələlərinə baxılıb. Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.