“Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanıldı...

20 2020 15:39

Qəbələdə adı “Qırmızı Kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb. Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının Vəndam qəsəbəsində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Zaqatala rayon sakini Hacıömər Abbasovun idarə etdiyi “İveco” markalı yük avtomobili saxlanılıb. Avtomobilin yük yerinə baxış keçirilən zaman oradan adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən 2 baş maral aşkar edilib. Sürücü Hacıömər Abbasov şübhəli şəxs qismində saxlanılıb. O, ifadəsində həmin maralları Zaqataladan Qəbələ rayonuna satmaq məqsədilə gətirdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin marallar Şahdağ Milli Parkına təhvil verilib.