20 Yanvar şəhidinin anası 20 il sonra həmin gün dünyasını dəyişdi...

20 2020 14:49

Hələ uşaqlıqdan vətənə sevgisi, bağlılığı ilə seçilən Vidadi Məmmədov da 30 il öncə, o dəhşətli gecədə düşmənə meydan oxuyan minlərlə igid övladlarımız kimi vətənin müdafiəsinə qalxır. O gecə Şəhidlər tankların tüfənglərin qarşısına çəkilən canlı sədd idi. Ölümün gözünə baxaraq, çəkinmədən düşmənə meydan oxuyurdular. 19-dan 20-nə keçən gecə Vidadi odlu silahla arxadan vurularaq şəhid olur. Onun şəhadət xəbəri ailə üçün nə qədər acı olsa da bir o qədərdə qürurverici idi.. Azərbaycanın müstəqillik tarixinə Vidadinin də adı yazılmışdı. Şəhid olan həmvətənlərimiz dağüstü parkda, İndiki Şəhidlər Xiyabanında dəfn olunmalı idi. Amma şəhidin anasının xahişi ilə övladının nəşi Şamaxıya gətirilir. Maraqlısı isə odur ki, Şəhid anası düz 20 il sonra yanvarın​ 19 -dan 20-nə keçən gecə övladının şəhid olduğu saatlarda dünyasını dəyişir. Vətən uğrunda canından keçən Şəhidimizin hər iki məzarı Vətən oğulları tərəfindən həm Bakıda həm də Şamaxıda ziyarət olunur...