Şəki-Bakı mikroavtobusu qəzaya düşdü: 1 ölü, 7 yaralı...

20 2020 13:39

Göyçay-İsmayıllı avtomobil yolunda ağır qəza baş verib. Hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb. Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21099"un sürücüsü, 41 yaşlı Malik Kərimov hadisə yerində ölüb, 7 nəfər sərnişin – 54 yaşlı Rauf Həsənov, 63 yaşlı Nazim Süleymanov, 21 yaşlı Ruslan Neymanzadə, 27 yaşlı Türkanə İsrafilli, 50 yaşlı Tərlan İsmayılov və adı hələ naməlum iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.