İsmayıllıda avtomobil piyadanı vuraraq öldürüb...

18 2020 11:58

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə İsmayıllı şəhərində qeydə alınıb. Məmmədov Elçin Əlizadə oğlu idarə etdiyi 10-FD-092 dövlət nömrə nişanlı "VAZ 21011" markalı minik avtomobili ilə yolu keçən piyada, 51 yaşlı Adıgözəlov Asif Ramazan oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.