Qəbələdə tərxis olunmuş gənclərlə görüş keçirilb...

17 2020 18:01

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsi hərbi xidməti başa vurub ehtiyata buraxılan gənclərlə görüş keçirib. Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, Qarabağ müharibəsi veteranlarının təhsil şöbəsinin nümayəndələri, rayon ağsaqqallar şurasının sədri, məktəblilər iştirak edib. Çıxış edənlər hərbi xidməti ləyaqətlə başa vurub qayıdan gəncləri təbrik edib, Azərbaycan ordusunun qüdrətindən, ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar. Ordu sıralarından ehtiyata buraxılan gənclər də öz növbələrində Vətən naminə hər an silaha sarılmağa, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər. Sonda nümunəvi xidməti ilə seçilən gənclərə Fəxri fərman və qiymətli hədiyyələr verilib.