Polis yolda qalan sürücülərə kömək etdi...

17 2020 17:29
İki gündür Şəkidə davam edən qarlı hava şəhəri ağ örpəyə bürüyüb. Şəhərin dağa daha yaxın ərazilərində qarın yağışı daha intensiv olub. Nəticədə səhər satlarında nəqliyyatın və piyadaların gediş-gəlişi çətinləşib. Şəki DYPB-dən isə qarlı hava şəraiti ilə bağlı sürücülərə və piayadalara xəbərdarlıq edilib. Xüsusilə də axşam saatlarına doğru yolların buz bağlaması ehtimalı nəzərə alınaraq sürücülərə ehtiyyatlı olmaları tövsiyyə edilir. Qaxda da qarlı hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Yollarda təhlükəsiziliyi təmin etmək üçün Qax rayon polis idarəsinin yol polisi əməkdaşları xüsusilə dağ kəndlərinə gedən ərazilərdə postlar qurub, yolda qalmış sürücülərə kömək ediblər. Təhlükəsizlik tədbirləri kəndlərarası yollarla yanaşı, Qax şəhəri ərazisindəki ümümtəhsil müəssisələrinin qarşısında da keçirilib. Məktəbdən çıxan şagirdlərə köməklik göstərilib. Bu tədbirlər növbəti günlərdə də davam etdirəcək.