Avtomobilin vurduğu piyada xəstəxanada öldü...

17 2020 13:26

Ötən gün axşam saatlarında Balakən şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Talalar kənd sakini, 67 yaşlı Abdurəhman Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Abdurəhman Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.