Şəki DYPB maarifləndirici tədbirlərini davam etdirir...

16 2020 17:29

Şəki DYPB 2020-ci ildə də ümumtəhsil müəssisələrində maarifləndirici tədbirləri davam etdirir. Yeni ilin ilk tədbiri isə yeni açılmış Şəki şəhər 11 nömrəli tam orta məktəbdə baş tutub. Görüşdə məktəbin müəllim heyəti, yuxarı sinif şagirdləri iştirak edib. Tədbirin əsas məqsədi şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək olub. Məktəblilərə yol nişanları haqqında məlumat verilib, yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışılıb. Həmçinin vurğulanıb ki, yol hərəkəti qaydaları ilə bağlı mütəmadi təlimlərin keçirilməsi, yol-nəqliyyat hadisələrinin profilaktikası üzrə maarifləndirici tədbirlərin təşkili uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdəndir. Sonda şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilikləri yoxlanılıb.