Şəkidə kriminal aləmə meyilli şəxslər narkotiklə tutulub...

16 2020 14:59

Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, 31 yaşlı Rafiq Əhmədov saxlayıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin şəhər sakini 37 yaşlı Polad Əfəndiyev olduğu müəyyən olunub. Polad Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilb. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb. Faktla bağlı ŞRPŞ-nin İstintaq Bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb. Qeyd edək ki, həmin şəxslər cinayətkar aləmə meyilliliyi ilə diqqət çəkirlər. Belə ki, Polad Əfəndiyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.