Qaxda həqiqi hərbi xidməti başa vuran gənclərlə görüş keçirilib...

15 2020 16:31

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin əməkdaşları, rayon rəsmiləri və hərbi xidməti başa vuran gənclər iştirak edib. Heydər Əliyev mərkəzində keçirilən tədbirdə çıxış edənlər gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı həyata keçirilən tədbirlər və dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Həmçinin Azərbaycanın güclü ordusu olduğu, vətənin keşiyində igid, mərd oğulların dayandığı qeyd edilib və vətəni qorumaq kimi müqəddəs bir vəzifənin öhdəsindən layiqincə gələn gənclər təbrik edilib. Tədbirin sonunda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletləri və hədiyyələr təqdim olunub.