Zaqatalada partlayış: 92 yaşlı qadın yandı...

15 2020 13:05

Zaqatalada fərdi yaşayış evində partlayış baş verib, 92 yaşlı qadın yanıq xəsarətləri alıb. Hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsindəki evlərin birində baş verib. Asiyə Məmmədova özünə məxsus yaşayış evində qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan 92 yaşlı Asiyə Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib. Qadının evdə tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.