Balakəndə 10 yaşlı uşağın ölüm səbəbi...

14 2020 17:40

Balakəndə məktəbli ölüb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi-TƏBİB-dən verilən məlumata görə, 10 yaşlı Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb. Vəziyyəti ağırlaşan Turan Mahatov yenidən xəstəxanaya gətirilib və təcili yardım şöbəsində yardım edilib. Uşaq valideynləri tərəfindən Bakıya aparılarkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.