Zaqatalada 61 yaşlı kişi dəm qazından boğularaq ölüb...

10 2020 17:25

Hadisə rayonun Çökək kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Ömərxan Mollamohuma oğlu Makarovun meyiti yaşadığı evin vanna otağında aşkar edilib. Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Onun dəm qazından boğularaq öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.