Bu gün ilin ilk Ay tutulması baş verəcək...

10 2020 15:37

Bu gün ilin 1-ci Ay tutulması baş verəcək. AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu, yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi saat 21:08-də başlayacaq və saat 01:12-də sona çatacaq. Maksimum tutulma saat 23:11-də olacaq. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.