Qəfildən alışan avtomobil külə döndü...

09 2020 13:19

Şəkidə avtomobili yanıb. Hadisə bu gün səhər saatlarında Aşağı Göynük kənd ərazisində qeydə alınıb. Kənd sakini Mahmud Mahmudovun idarə etdiyi “Opel” markalı, 99 BZ 356 dövlət nömrə nişanlı minik avtomobili qəfildən alışıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb, xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.