Zaqatalalı tanınmış idmançı Gözəl Zutovanın uğurları saymaqla bitmir...

08 2020 17:37

Cüdo idman növü üzrə 12 dəfə Respublika çempionu, Universal döyüş idman növü üzrə 3 dəfə dünya, 3 dəfə Avropa çempionu, sərbəst güləş üzrə Dünya kubokunun qalibi və Azərbaycan çempionu olan idmançı həmçinin qaydasız döyüş idman növü üzrə də 5 kəmər və iki qızıl medal sahibidir. 34 yaşlı idmançı döyüş idman növlərinə uşaqlıqdan maraq göstərsə də professional idmana 18 yaşında gəlib. İdmançı uğurlarını ailəsinin dəstəyinə borclu olduğunu bildirir. Daim öz üzərində çalışan idmançı əldə etdiyi uğurlarla kifayətlənmək fikrində deyil. Dünya çempionu hazırda qarşıdakı yarışlara səylə hazırlaşır.