Avtomobili təmir edərkən altında qaldı...

08 2020 13:16

Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Şəki şəhəri, A.Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan Yunus Kamal oğlu Abdurəhmanov bədəninin müxtəlif hissələrinin küt travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Aparılan müəyinələr zamanı məlum olub ki, Yunus Abdurəhmanov özünə məxsus avtomobili təmir edən zaman ehtiyatsızlıqdan maşın onun üstünə düşüb. Nəticədə o, müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, Yunus Abdurəhmanov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.