Qəbələ Yeni ildə xeyli turist qarşılayıb...

06 2020 17:00

Bayram günlərində Qəbələnin turizm-istirahət mərkəzlərinə gələn turistlərin sayında xeyli artım müşahidə olunub. Bu il Bayramı Qəbələdə keçirənlərin sayı 25 minə yaxın olub. Bayram tətilini rayonda fəaliyyət göstərən otel və istirahət mərkəzlərində keçirən turistlər yaradılan şəraitdən məmnun qalıblar. Yeni il gecəsində turistlərə əyləncəli proqramlar təqdim olunub, uşaqlar Şaxta baba və Qar qızla birlikdə doyunca əyləniblər. Yanvarın 2-dən 3-nə keçən gecə rayona qarın yağması isə turistlər üçün xoş bir sürpriz olub.