Şəki sakini dəm qazından zəhərləndi...

06 2020 16:19

Şəkidə dəm qazından zəhərlənmə qeydə alınıb. Kiş kənd sakini, 63 yaşlı Bayram Xəlilov kəskin zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı Bayram Xəlilovun yaşadığı evin hamamında dəm qazından zəhərləndiyi məlum olub. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.